Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində keçirilən təlimlərin yekununa həsr olunmuş imtahan mərhələsi keçirilib.

QHT.az xəbər verir ki, Lənkəran Tibb Kolleci və Gəncə Fövqəladə Hallar Regional Mərkəzində təşkil olunmuş imtahan mərhələsində təlimlərdə iştirak edən könüllülərin nəzəri bilikləri 80 sualdan ibarət test vasitəsilə qiymətləndirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqların aşılanmasıdır.