"Cənab Prezident İlham Əliyevin bugünkü müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Zəngəzur – yaxud da TRlPP dəhlizi – təkcə yol deyil, o, dövlətləri birləşdirən körpü, qitələri yaxınlaşdıran yeni nəfəsdir".

QHT.az xəbər verir ki, bu sözləri Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib. Onun sözlərinə görə, bu dəhlizdən axacaq hər bir yük qatarı, hər bir avtomobil sadəcə ticarəti deyil, xalqlar arasında dostluğu, qlobal həmrəyliyi daşıyacaq:

"Azərbaycan artıq regionun deyil, dünyanın əsas tranzit mərkəzinə çevrilir".