Trek ən azı daha üç il bağlı qalmalıdır.
QHT.az xəbər verir ki, Almaniyada dəmir yolu gözlənilməz düşmənlə - porsuqlarla qarşılaşıb. Bu heyvanlar yaşadıqları dəmiryol relslərinin altında böyük tunel sistemləri qazaraq, marşrutları təhlükəli edir və illərlə bağlayırlar.
Qeyd olunur ki, belə bir hadisə Şimali Reyn-Vestfaliya ştatında baş verib. Artıq üç ildir ki, Fröndenberq və Unna (12,5 km yol) şəhərləri arasında qatarlar hərəkət etmir, çünki porsuqlar bəndin altındakı yuvalarına yüzlərlə giriş qazıblar və bu, marşrutu potensial təhlükəli edib. Mütəxəssislər Fröndenberq və Unna arasında 11 kilometr məsafədə yerləşən 140 çuxur saydılar.
Burada qatarların əvəzinə ehtiyat avtobuslar işləyir və yolu ən azı daha üç il bağlı saxlamaq lazım gələcək.
R.İmanov






