“Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Elnurə Abuşova QHT.az-a açıqlamasında Böyük Qayıdış prosesində vətəndaş cəmiyyətinin roluna diqqət çəkib. Onun sözlərinə görə, Böyük Qayıdış yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır, həm də sosial həyatın dirçəlişi deməkdir:
"Bu prosesdə dövlətlə yanaşı vətəndaş cəmiyyətinin də üzərinə ciddi məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları (QHT-lər) cəmiyyət-dövlət körpüsü rolunu oynayaraq ictimai təşəbbüsləri reallaşdıra bilərlər. Qeyri-hökumət təşkilatları (QHT-lər) bu prosesdə cəmiyyət-dövlət körpüsü rolunu oynayaraq ictimai təşəbbüsləri reallaşdıra bilərlər".
Elnurə Abuşova qeyd edib ki, QHT-lərin daha aktiv ola biləcəyi əsas istiqamətlər maarifləndirmə və təhsil, sosial dəstək və reabilitasiya, mədəni irsin qorunması, ekoloji layihələr və ictimai nəzarətdir. Onun sözlərinə görə, həmçinin xarici QHT-lərlə tərəfdaşlıq yaradaraq Böyük Qayıdışın əhəmiyyəti beynəlxalq ictimaiyyətə tanıdılmalıdır.
"QHT-lər bu prosesdə daha çox təşəbbüskar olduqca, həm regionun sosial-mədəni inkişafı, həm də orada yaşayacaq əhalinin rifahı təmin ediləcək. Biz birlikdə güclüyük." – deyə ictimai birlik sədri vurğulayıb.
Pərvanə Fərhadqızı






