İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi biliklərin inkişaf etdirilməsi üçün maarifləndirici təşəbbüslər mühüm əhəmiyyət kəsb edir.

QHT.az xəbər verir ki, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) bu istiqamətdə görülən işlərin davamı kimi iyulun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi Hərbi polis idarəsinin hərbi qulluqçuları üçün “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim təşkil edib.