İyulun 24-25-də Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda konfrans keçiriləcəkdir.

QHT.az xəbər verir ki, konfrans hibrid formatında keçiriləcək, Tunis, Liberiya və Mavritaniyadan olan QHT rəhbərləri, iqlim məsələləri üzrə və beynəlxalq ekspertlər konfransın işinə qatılacaq. Konfransda Fransanın uzun illər apardığı müstəmləkəçilik siyasəti, onun Dəniz-aşırı və Afrika ölkələrinə təsiri, son dövrlər müstəmləkə ölkələrdə artan azadlıq hərəkatı, Fransada yaşayan Afrika mənşəli miqrantların hüquqları məsələsi diqqət mərkəzində olacaq. Eyni zamanda Qlobal Cənubun əldə etdiyi uğurlar, Bakıda keçirilən nüfuzlu COP-29 tədbirində fəal iştirakı və əldə olunan nəticələr müzakirə olunacaq.  Konfransın işində Milli QHT Forumu və WUF-13 QHT Koalisiyası yaxından iştirak edir.