"Dövlət tərəfindən mövcud pensiya kapitallarının da indeksləşdirilməsi aparılır. İnsanların illərlə yığdığı pensiya təminatı kapitalı mövcuddur və bu vəsaitin inflyasiyaya məruz qalmaması üçün indeksləşmə həyata keçirilir. Bununla bağlı dövlət, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi sosial şəbəkə hesablarında maarifləndirmə işləri aparılır".
Bu fikirləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a bildirib. QHT sədri həmçinin bildirib ki, biz də qeyri-hökumət təşkilatları və İctimai Şura olaraq bu barədə həm sosial şəbəkə hesablarımızda, həm görüşlərdə, həm də benefisiarlarımıza məlumat veririk ki, insanlar indeksləşmənin nə olduğunu daha yaxşı başa düşsünlər.
Pərvanə Fərhadqızı












