Əgər 2029-cu ildə planlaşdırılan buraxılış uğurlu olarsa, dünya əbədi olaraq dəyişəcək.

QHT.az xəbər verir ki, Milyarder Bill Gates tərəfindən dəstəklənən Type One Energy şirkəti Tennessi ştatında, keçmiş Bull Run Fossil Plant ərazisində “süni günəş” layihəsi həyata keçirir. Layihə çərçivəsində Infinity One adlı termoyadro reaktoru qurulacaq və plazma 100 milyon dərəcə Selsiyə qədər qızdırılacaq. Reaktor stellarator tipindədir və bu texnologiya uzunmüddətli sabit enerji istehsalı vəd edir. Şirkət lisenziyalaşdırma prosesinə 2026-cı ildə başlayıb, reaktorun 2029-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Gələcəkdə 350 MVt gücündə Infinity Two stansiyasının tikilməsi də nəzərdə tutulur.

Oxşar texnologiya Almaniyadakı Wendelstein 7-X layihəsində də sınaqdan keçirilir və təmiz enerji sahəsində böyük ümidlər yaradır.

 

R.İmanov