Xəbərlər 18.04.2024 15:37 1009

Uşaq hüquqları və aqressiv davranışlar mövzusunda təlimlər keçirilib -FOTOLAR

Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları” və “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə” mövzusunda maarifləndirici təlimlər keçirilib. 

QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində baş tutan təlimlərdə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək, iştirakçıları salamlayıb, onlara Uşaq Səfirlər Məclisi barədə məlumat verib və layihənin əhəmiyyətindən bəhs edib.

Uşaq Səfirlər Məclisinin üzvləri Məryəm Hacıyeva, Əliəkbər Babayev və Nəzrin Bayramlı tərəfindən keçirilən təlimlər zamanı uşaqların mövzu ilə bağlı maraqlı fikirləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr təşkil edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı