Xəbərlər 18.04.2024 08:58 1282

Ağdamda minaatan qurğular aşkar edilib 

Ağdam rayonunda minaatan qurğular aşkar edilib.

 

QHT. az bildirir ki,  bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən iki minaatan qurğusu, üç avtomat, 53 mərmi, bir qumbara, iki partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı