Xəbərlər 18.04.2024 00:37 2110

18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür - VİDEO

1982-ci ildə YUNESKO 18 aprelin bütün dünyada “Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunmasını qəbul edib. Bəzi ölkələr də bu günü “Ümumdünya İrs Günü” kimi qeyd edirlər.

QHT.az xəbər verir ki, “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” bütün dünyada aidiyyəti qurumlar, təşkilatlar və QHT-lər, xüsusilə YUNESKO, YUNESKO-nun Milli Komissiyaları, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komitə (ICOMOS), İCOMOS Milli Komitələri, mədəniyyət nazirlikləri və yerli hökumətlər tərəfindən qeyd olunur.

"Qədim Şəmkir Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun 5 fevral 2024-ci il tarixli Tədbirlər Planına əsasən “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər” gününə həsr edilmiş “Qədim Şəmkirdən bu günümüzə” adlı intellektual bilik yarışı keçirib.

İntellektual bilik yarışının əsas məqsədi qədim Şəmkir şəhərinin tarixini, burada aparılan arxeoloji qazıntılar və aşkar olunmuş maddi-mədəniyyət nümunələrini məktəblilərə tanıtmaq, eyni zamanda bütün tarixi abidələrimizin qorunması və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsidir. Yarış Şəmkir şəhərində yerləşən Şəmkir Gənclər Evində təşkil olunmuşdur. Yarışda iştirak edən digər məktəblər isə təşəkkürnamələr ilə təltif olunub. “Qədim Şəmkirdən bu günümüzə” adlı intellektual bilik yarışı bitdikdən sonra tədbir iştirakçılarına qoruğun videoçarxları nümayiş olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı