Xəbərlər 18.04.2024 00:16 1473

Sakit okeanda 50-dən çox yeni orqanizm növü aşkar edilib

Beynəlxalq alimlər qrupu Sakit Okeanda dərin dəniz orqanizmlərinin əvvəllər məlum olmayan 50-dən çox növü aşkar edib.

QHT.az xəbər verir ki, onlar Çili sahillərində araşdırmalar zamanı aşkar edilib. Tapılan orqanizmlər arasında dərin dəniz mərcanları, şüşə süngərlər, dəniz kirpiləri, kalamar, balıq və qabıqlı balıqlar, xərçənglər, dəniz ulduzları, çömbəlmiş omar və digər dəniz canlıları var.

Elm adamları eyni zamanda bu Polineziya faunasının yayılmasını bir neçə yüz kilometr genişləndirən dünyanın ən dərin mezofotik (orta işıq şəraitində yaşayan) mərcanlarından birini kəşf etdilər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı