Xəbərlər 17.04.2024 08:45 1524

Füzuli şəhərinə köçürüləcək ailələrin püşkatması... FOTOLAR

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatmada Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Səbuhi İbrahimov və üzvü Təyyar Eminov iştirak ediblər.

QHT.az xəbər verir ki, bu barədə Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov məlumat verib. Onun sözlərinə görə, bugünkü püşkatma 156 ailə arasında keçirilib, ailə tərkibinə uyğun olaraq, onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaqdır: "Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər".

Qeyd edək ki, püşkatma qaydalara uyğun və şəffav şəraitdə keçirilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı