Xəbərlər 10.04.2024 18:06 4476

Bakı Slavyan Universitetinin tələbə və pedoqoji heyəti üçün məlumatlandırma turu təşkil olunub

Bakı Slavyan Universitetinin rəhbər və pedoqoji heyəti, “Təhsil” fakultəsinin tələbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialına səfər edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova infotur iştirakçılarını Mərkəz və filialının fəaliyyəti barədə məlumatlandırıb. Qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda yerləşən “DOST Evi” filialı, Sərgi-Satış Mərkəzi və yaradıcılıq emalatxanaları ilə tanış olublar. Qonaqlar Mərkəzin təlimçiləri və benefisiarlarının “DOST Evi” filialında sərgilənən əl işlərinə baxıblar. Tələbələr Dulusçuluq emalatxanasında bacarıqlarını sınayıb, məlumatlandırma turunun iştirakçıları üçün Un məmulatları emalatxanasında master-klass təşkil olunub. Qonaqlar burada hazırlanmış şirniyyatların və təndir çörəyinin dadına baxıblar. İnklüziv kafedə qonaqlara musiqi nömrələri təqdim olunub. 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev inklüziv cəmiyyətin inkişafında təhsilin və gənclərin bu sahədə məlumatlılığının artırılmasının rolunu vurğulayıb. Bu istiqamətdə məlumatlandırma turunun əhəmiyyətini yüksək qiymətləndirib. 

 

Qeyd edək ki, məlumatlandırma turu çərçivəsində Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub. Məlumatlandırma turunun iştirakçıları yaradıcılıq studiyalarında təlim prosesi, eləcə də benefisiarların sosial-psixoloji inkişafı üçün multidissiplinar fəaliyyətin istiqamətləri ilə tanış olublar. Mərkəzin təlimçiləri və benefisiarlarının müxtəlif xidmət istiqamətləri üzrə hazırladıqları əl işləri qonaqların marağına səbəb olub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı