Xəbərlər 08.04.2024 11:40 1045

QHT sədrindən işğal olunmuş ərazilərin yenidən qurulmasına və ədalətə daha güclü beynəlxalq dəstək tələbi

"İşğal Azərbaycan iqtisadiyyatına yüz milyard dollarla ziyan dəyib. Bu ziyanı isə Azərbaycan hər hansı kənar dəstək olmadan öz daxili maliyyə mənbələri hesabına qarşılayır. Xarabalığa çevrilmiş ərazilərə yenidən həyat qayıdır. Niyə bu ərazilərin və ən əsası ədalətin bərpası üçün daha səmimi Brüssel görüşü təşkil edilmir?"

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Bayramovun verdiyi məlumata görə, 30 ildən artıqdır ki, Ermənistanın işğal etdiyi torpaqlar üzərində nəzarəti altında olan vəziyyətin nəticələri kifayət qədər sarsıdıcı olub. Belə olan halda işğala son qoyulması və zərər çəkmiş ərazilərin bərpası üçün daha fəal beynəlxalq səylərin vacib olduğu vurğulanır: "Bu şəkillər 30 ildən çox Ermənistan işğalında qalan Azərbaycanın anklav olmayan 4 kəndindən birinə aiddir. Tamamilə dağıdılıb və xarabalığa çevrilib. Bütövlükdə, işğal nəticəsində Azərbaycanın 900-dən çox yaşayış məntəqəsi dağıdılaraq məhv edilib".

 

Pərvanə Fərhadqızı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı