Xəbərlər 08.04.2024 01:33 1592

"Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının ikincisinə start verilib - FOTOLAR

“Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının ikincisi üçün seçilən könüllülər ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə layihə və dörd aylıq fəaliyyət üzrə proqram haqqında və layihənin mahiyyəti barəsində məlumat verilib. Ötən ildən başlanılan proqramın əsas məqsədi Məclis təcrübəsinin fəal uşaqlar arasında yayılmasını təmin etməkdir.

Qeyd edək ki, mart ayının ən fəal regionu Neftçala rayonu seçilib. Mart ayından etibarən Uşaq Səfirlər Məclisinin regional nümayəndəliklərinin fəallıqları aşağıda müəyyən edilən istiqamətlər üzrə seçilməklə ictimaiyyətə təqdim ediləcək.

İstiqamətlər:

  • Təşəbbüskarlıq;
  •  Operativlik;
  •  Nümayəndənin təqdimat bacarığı;
  •  Məsuliyyətlilik;
  •  Fəaliyyətin regional nümayəndəliklərin əsasnaməsinə uyğunluğu;
  •  Keçirilən işlərin novatorluğu;
  •  Liderlik keyfiyyətləri.

Bu istiqamətlərə uyğun olan və fəaliyyəti ilə fərqlənən mart ayının ən fəal regionu - NEFTÇALA rayonu seçilib!

Təbrik edir, uğurlar arzu edirik!

Qeyd edək ki, “ayın ən fəal regionu” nominasiyasının keçirilməsində məqsəd Uşaq Səfirlər Məclisinin tədbirlər planında regionlarla işin təkmilləşdirilməsinə dair müvafiq bəndin icrasını təşkil etmək üçün keçirilir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı