Xəbərlər 06.04.2024 15:38 2662

Ailə, Qadın və Uşaq Hüquqları Üzrə İş Birliyi müzakirə edilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov və Şuranın sədr müavini Nailə İsmayılova, Şuranın üzvü Samirə Mustafayeva Respublika Baş Prokurorluğunda Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev, rəis müavini Əsəd Əliyev və Idarənin  prokuroru Namiq Əliyev ilə görüşüblər.

QHT.az xəbər verir ki, görüşdə erkən nikah, qohum nikahları, uşaq və qadın hüquqlarının qorunması və bu kimi digər  məsələlər ətrafında  fikir mübadiləsi aparılıb, bu yöndə  qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı