Xəbərlər 05.04.2024 15:32 1219

AI, robototexnika, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyata aid 4-cü Beynəlxalq konfrans keçiriləcək

UNEC-in tərəfdaş olduğu Kanada Texnologiya İnstitutu tərəfindən “Yeni həyat yolu: Süni intellekt, robototexnika, kibertəhlükəsizlik, smart şəhərlər və rəqəmsal iqtisadiyyata körpü yaratmaq” adlı 4-cü Beynəlxalq konfrans keçiriləcək.

QHT,az xəbər verir ki, konfrans 30-31 may 2024-cü il tarixlərində Albaniyanın Tiran şəhərində baş tutacaq.

Konfransın məqsədi coğrafi sərhədləri aşaraq, innovasiyaların yaranmasına təkan vermək üçün elm adamları və sənaye mütəxəssislərini bir araya gətirməkdir.

 

Konfransın mövzuları:

  • Süni intellekt (AI)
  • Kibertəhlükəsizlik
  • Robotexnika və avtomatlaşdırma
  • Smart texnologiyalar
  • Rəqəmsal iqtisadiyyat
  • Statistika və ekonometrika

 

Xülasələrin təqdim edilməsi üçün son tarix: 12 aprel

Xülasələrin təsdiqi: 12 aprel

Tam sənədlərin təqdim edilməsi üçün son tarix: 15 may

E-mail: [email protected]


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı