Xəbərlər 05.04.2024 12:16 1577

Əmək və Əhalinin Sosial Müdafiəsi üzrə strateji əməkdaşlığın inkişafı: Elşad Məmmədovun fikirləri

"Əmək  və Əhalinin Sosial Müdafiəsi Naziri Hörmətli Sahil Babayev və onun komanda üzvləri ilə çox məzmunlu görüşümüz oldu. Görüşdə həyata keçirilən sosial islahatlar, sosial dəstək tədbirləri və gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. İctimai şuranın üzvlərinin təklifləri dinlənilib".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, görüş bir daha təsdiq etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyndəi Ölkədə Sosial Dövlət Modelinin qurulması ilə bağlı Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın güclü siyasi iradələrinə uyğun olaraq, effektiv yanaşmalar və strateji baxış mövcuddur: "Məsələlərin miqyasınî və ölkəmiz üçün önəmini nəzərə aldıqda, bu çox vacibdir! Hörmətli Sahil müəllimə dəvətə və yüksək səviyyədə keçirilmiş tədbirə görə təşəkkürümü bildirirəm!".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı