Xəbərlər 04.04.2024 15:36 1066

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Siyəzən rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev aprelin 4-də Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri də olub. 

F.Musayev bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib. 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı