Xəbərlər 11.03.2024 11:46 1810

“Mübahisələrin həlli yolunda ən yaxşı təcrübələrin bölüşməsi bu səfərin məqsədlərindən biridir”- QHT sədri

12-14 mart 2024-cü il tarixində Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi, Türkiyədən mediasiya təlimçiləri və mediatorlarla birlikdə Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorların da Şimali Kipr Türk Respublikasına (KKTC) səfəri planlanıb.

Bəs hansı məsələlərin vurğulanması planlaşdırılıb? Bu cür beynəlxalq işbirliklərin mediasiya sahəsində inkişafa necə töhfə verə biləcək?

QHT.az bu sualları Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri, “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova ünvanlayıb. O, qeyd edib ki, məqsəd mediasiyanın öyrənilməsi, əhəmiyyəti və  ölkələrarası əməkdaşlığın qurulmasıdır: “Mübahisələrin həlli yolunda ən yaxşı təcrübələrin bölüşməsi bu səfərin məqsədlərindən biridir. Nümayəndə heyətinin gənclər və tələbələrlə də görüşləri planlaşdırılıb. Belə ki, KKTC Sosial Elmlər Universitetinin rektoru Enver Arpa, KKTC Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselen, KKTC Bahçeşehir Universitetinin rektoru Mehmet Toycan ilə görüşlər keçiriləcək, nümayəndə heyəti üzvləri tərəfindən həmin universitetlərin tələbələri ilə seminarlar təşkil olunacaq. Görüşlərdə Azərbaycan və Türkiyə mediasiya təcrübəsi Şimali Kipr Türk Cümhuriyyətində təqdim ediləcək”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı