Xəbərlər 28.02.2024 01:03 1191

Fırıldaqçılar telefonunuzu necə idarə edə və pul oğurlaya bilərlər?

Fırıldaqçılar daim insanlardan pul qoparmaq üçün müxtəlif üsullarla çıxış edirlər. Artıq bu gün onlar smartfonu uzaqdan idarə etmək və insanların pullarını oğurlamaq üçün saxta bank proqramlarından istifadə edə bilirlər. 

QHT.az xəbər verir ki, vətəndaş saxta bank proqramı yüklədikdə, cinayətkarlar bundan sonra qurbanın telefonunda olan hesablardan pul qoparmaq və ya digər istifadəçilərə DDoS hücumları həyata keçirmək üçün istifadə edə bilərlər.

Ekspertlər qeyd edir ki, fırıldaqçılar çox vaxt sosial şəbəkələrdə rəsmi bank icmalarının adından yazırlar. Onun sözlərinə görə, əksər hallarda təcavüzkarlar bankın adından istifadəçilərə mesajlar göndərərək, onları göndərilən linkə daxil olmağa və təcili olaraq bank proqramını yükləməyə və ya yeniləməyə çağırırlar. Mütəxəssisin sözlərinə görə, bu halda sosial şəbəkədə bu icmanın səhifəsində işarənin - mavi tık olub-olmadığını yoxlamaq lazımdır. Əgər orada deyilsə və ya mesaj naməlum nömrədən gəlibsə, bu, fırıldaqdır. Saxta istifadəçi hesabı dərhal bloklanmalı və bank nümayəndələrinə məlumat verilməlidir.

Qeyd edək ki, belə proqramlardan istifadənin nəticələri çox fərqli ola bilər: pul itkisindən telefonun sıradan çıxmasına qədər. Fırıldaqçıların qurbanı olmamağın əsas qaydası etibarlı mənbələrdən proqramlar yükləməkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı