Xəbərlər 12.12.2023 16:23 1505

Gömrük Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Yeni rüsumlar

MENYU

Komitə

Faydalı

Müraciətlər

E-Xidmətlər

Qanunvericilik

Fərdlər üçün

Sahibkarlar üçün

 

GÖMRÜK AKADEMİYASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Əsas

Faydalı

Xəbərlər

Gömrük Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Gömrük Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan, əbədi müstəqilliyimizin təminatçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan bəhs edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi ilə bağlı olduğunu vurğulayan Q.Novruzov işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Natiq bu missiyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını qeyd edib.

 

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dahi şəxsiyyətlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı