Xəbərlər 11.08.2023 19:42 2579

“Heydər zirvəsi”nə yürüş təşkil olunub - FOTOLAR

Avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov və velosiped idmanı üzrə milli yığma komandamızın üzvü Musa Mikayılzadə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin adını daşıyan “Heydər zirvəsi”nə yürüş ediblər.

QHT.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən yürüşdə iştirakçılar Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük əzmkarlıqla keçərək, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəni fəth ediblər.

Qeyd edək ki, onlar Ulu Öndər Heydər Əliyevin barelyefinin qarşısında Azərbaycan və öz bayraqlarını dalğalandırıb, Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı