Xəbərlər 01.08.2023 14:51 1756

Dövlət Himnimiz ilk dəfə işarət dilində təqdim edilib - VİDEO

100 illik tarixi olan Himn ilk dəfə olaraq Dövlət dəstəyi ilə hazırlanıb.

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan əsərin təqdimatı 15 eşitmə məhdudiyyətli gəncin iştirakı ilə baş tutub. Bu layihənin üzərindən 4 il keçməsinə baxmayaraq, hələdə qürurla anılır, yaddaşlara həkk olunub. Bu Himn bu günə qədər bir çox Dövlət və Qeyri Hökümət tədbirlərində səslənib. Azərbaycan Himni gözəl və qürurvericidir. Lakin Himnimizin bu versiyada səslənməsi, ölkədə yaşayan eşitmə məhdudiyyətli əlilliyi olan şəxslərə diqqətin nümunəsidir”.

Bu sözləri Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, idman və ya digər sahə və peşələrlə eşitmə məhdudiyyətli şəxslərin nəaliyyətləri çoxdur: “Böyük bir layihənin rəhbəri kimi qürurverici bu anı yaşamaq mənə nəsib oldu. Ölkədə və ya ölkə xaricində yarışlar zamanı Himnimiz səslənərkən bu Himn istifadə olunsa çox gözəl olar. Nəzərə alın ki, eşitmədən Himnin sözlərini duya bilən insanlar da var”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı