Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycanda QHT-lərə dövlət dəstəyi və qrant maliyyələşdirilməsi sistemində aparılan yeni islahatlar haqda fikirlərini bildirib.

QHT.az həmin fikirləri təqdim edir:

"Nazirlər Kabinetinin 22 iyun 2026-cı tarixli, 188 saylı qərarı ilə QHT-lərin bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi modelinin yaradılması, bu yalnız formanı dəyişmir, həm də QHT sektoruna dövlət dəstəyinin fəlsəfəsini, baxışı, düşüncələri yeniləyir, keyfiyyət dəyişikliyi üçün real zəmin yaradır. Çünki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşır. Bu mexanizm tam rəqəmsallaşan, yeni, fərqli mahiyyətə və fəlsəfəyə malik model yaratmağa imkan verir. Bu yeni yanaşma QHT-lərin inkişafı siyasətinin planlaşdırılması, həyata keçirilmsi, eyni zamanda ayrı-ayrı sahələrdə təsirin ölçülüməsi baxımından strateji əhəmiyyətə malikdir.

QHT-lərin qrant maliyyələşməsi ilə əlaqədar bu vaxta qədər müşahidə olunan və zaman getdikcə daha genişlənən fraqmentasiya, pərakəndəlik, lokallaşma, ümumi, strateji məqsədlərin kiçik  hədəflərin, ambisiyaların kölgəsində qalması, vahid yanaşmanın, uçotun, tənzimləmənin, effektiv əlaqələndirmənin olmaması kimi inkişafı, təkamülü ləngidən amillər artıq keçmişdə qalacaq.

Yeni qaydalar yalnız Agentliyin deyil, qrant maliyyələşməsi ilə əlaqədar ümumiləşmiş təcrübəni və QHT sektorunda aparılmış uzunmüddətli və geniş müzakirələrin qənaətlərini əks etdirir.

Təhlillər göstərirdi ki, ən böyük problem lokal yanaşma, ölkənin strateji inkişaf hədəfləri ilə əlaqələndirmənin formal xarakter alması, reallıqda isə subyektiv yanaşmanın ön plana çıxmasaydı.

Qrant müsabiqələrinin keçirilməsində cürbəcür neqativ amillərdən daha çox məhz pərakəndəlik, ümumi, strateji məqsədlərin əsas oriyentir, strateji çərçivə kimi götürülməməsi əsas problem kimi qarşıya çıxırdı.

Hazırda Agentlik müsabiqələrin keçirilməsinin və layihələrin icrasının monitorinqinin bütün mərhələlərini rəqəmsal həyata keçirir. “Bir pəncərə” prinsipi əsasında maliyyələşdirilmə mexanizmi bu təcrübənin təkmilləşdirilmiş, mövcud ehtiyaclara uyğunlaşdırılmış formatda ölkə miqyasında tətbiqi kimi dəyərləndirilə bilər.

Burada başlıca məqsəd dövlət prioritetləri çərçivəsində vahid yanaşma, fəaliyyətlər, planlarla strateji məqsədlərin əlaqələndirilməsinin, ahəngdarlığın, dövlət tədbirləri ilə sinxronlaşmanın, aktual, vacib mövzuların diqqət mərkəzində saxlanmasının təmin edilməsi, təkrara, izafi xərclərə, resursların parçalanmasına yol verilməməsidir. Bu yanaşma hazırda çox vacib olan vahid gündəliyin müəyyən edilməsi, strateji hədəflərlə sahəvi prioritetlərin uzlaşdırılmasına imkan verəcək. 

Qayda QHT layihələrinin icrası zamanı kəmiyyət və keyfiyyət nəzarətinin, hesabatlığının, nəticələrin qiymətləndirməsinn vahid üsullarını, meyarlarının ümumi mexanizmini tam formalaşdırır. Bu həm də kağız üzərindəki planın real işlə nə dərəcədə üst-üstə düşdüyünü yoxlamağa imkan verir.

Vahid yanaşma bütövlükdə QHT-lərin  onların irəli sürdükləri layihələrin, təşəbbüslərin maliyyələşdirilməsinin nəticələri, təsirini daha səmərəli ölçməyə, müqayisələr, ümumiləşdirmələr aparmağa, bütövlükdə ölkə və ayrı-ayrı sahələr, istiqamətlər üzrə nəticələr əldə etməyə imkan verəcək.

QHT Agentliyinin uğurlu rəqəmsallaşma təcrübəsi, 2023-cü il də Nazirlər Kabinetinin qərarları müsabiqələrin keçirilməsinin qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi QHT-lərə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi prosesinə və sistemli islahatlara start verdi.

Bununla yanaşı sağlamlaşdırma tədbirləri, qabaqcıl korporativ idarəetmə təcrübəsinin gətirilməsi, yaradıcı yanaşma sektora olan ictimai etimadın da paralel şəkildə artırdı. QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, QHT Agentliyininin nailiyyətləri artdıqca əldə edilmiş uğurlu təcrübənin tətbiq dairəsi, miqyası böyüdü, etimad artdı. Ötən təhlillərimizdə qeyd etmişdik ki, QHT Agentliyinin missiyası böyüyür, öz növbəsində məsuliyyət artır. Bu həm də ardıcıl olaraq QHT-lərin inkişaf siyasətinin islahatlarına, potensialın böyüməsinə bilavasitə dəstək verən dövlət başçısının Prezident İlham Əliyevin növbəti dəfə QHT sektorunun gücənməsinə böyük təkan verəcək növbəti qətiyyətli addımıdır. QHT-lərin inkişaf siyasətinin icrasını həyata keçirən komanda üçün bu növbəti dəfə yüksək etimad və məsuliyyətdir.

Həmçinin,  QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşmasını Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən, yeni dövrün çağırışlarına  uyğun rəqəmsallaşma, nəticəyönümlü, səmərəllik meyarları ilə dəyərləndirilən yeni idarəetmə təcrübəsinin tətbiqi islahatlarının bir komponenti kimi dəyərləndirilməlidir".