“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib ki, gənclər beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək üçün əsaslı bacarıqlara yiyələnməlidirlər.
QHT sədri qeyd edib ki, bu, təkcə Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı biliklərlə kifayətlənməməli, həm də beynəlxalq hüquq normaları, münaqişələrin kökləri, Qarabağ münaqişəsi, regionun geosiyası və beynəlxalq münasibətlər sistemi barədə dərin anlayış tələb edir:
"Gənclər tarixi prosesləri və regional siyasəti təhlil edə bilməli, məlumatları süzgəcdən keçirmək, dezinformasiya və manipulyasiyanı aşkar etmək bacarıqlarına sahib olmalı, sosial şəbəkələrdə informasiya axınını analiz etməli və “feyk news”u tanımalıdır. Bundan başqa, ingilis dili başda olmaqla beynəlxalq ünsiyyət dillərində sərbəst yazmağı və danışmağı, qarşı tərəfin arqumentlərini faktlarla cavablandırmağı, sosial media platformalarında (X, Instagram, Facebook, YouTube) təsirli psotlar, infoqrafika, qısa video və vizual kontentlə məlumatı daha geniş auditoriyaya çatdırmağı bacarmalıdır".
Pərvanə Fərhadqızı












