Uşaq Səfirlər Məclisinin Mingəçevir və İsmayıllı şəhəri üzrə region nümayəndələri Zeynəb Şükürova və Nazlı Mirzəliyevanın təşəbbüsü ilə "Qızlar müzakirəyə qoşulur" layihəsi çərçivəsində "Gələcəyə sağlam addımlarla irəliləyən qızlar" adlı təlim keçirilmişdi.
QHT.az xəbər verir ki, təlimin məqsədi qızların sağlam həyat tərzini təşviq etmək, fiziki və psixoloji rifahını gücləndirmək, onların özünə inamını artırmaq və gələcək həyatlarına müsbət təsir göstərəcək bilik və bacarıqları aşılamaqdır.












