Alimlər möhürlənmiş muzey bankalarındakı qoruyucu mayelərin tərkibini açmadan müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar. Təxminən 200 illik, o cümlədən Çarlz Darvinin “Biql” səyahətindən qalan nümunələr üçün bu yenilik xüsusi əhəmiyyət daşıyır. Nəticələr ACS Omega jurnalında dərc olunub.
QHT.az xəbər verir ki, metod şüşədən keçən lazer şüasının mayedə səpələnməsini analiz edən SORS (məkanda yerini dəyişən Raman spektroskopiyası) texnologiyasına əsaslanır. Bu yanaşma fiziki müdaxilə olmadan kimyəvi tərkibi müəyyən etməyə imkan verir.
46 möhürlənmiş nümunə üzərində aparılan testlərdə mayelər 80% hallarda tam, 95% hallarda isə qismən müəyyən edilib. Araşdırma həm kolleksiyaların düzgün qorunmasına kömək edir, həm də muzey əməkdaşlarını zərərli buxarlardan qoruyur.
R.İmanov












