"Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyi və "Təbiət Keşikçiləri Gənclər Hərəkatı"nın birgə təşəbbüsü ilə "Mərhəmətin şəklini çək!" adlı rəsm müsabiqəsi keçirilib.
QHT.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş müsbaiqə ətraf mühitə qarşı məsuliyyətli davranışın təbliği məqsədi ilə təşkil edilib. Müsabiqədə mərhəməti ən gözəl əks etdirən rəsmlərin müəllifləri 1, 2, 3-cü yerlərin qalibləri seçilib. Müsabiqəyə qatılmış bütün balaca rəssamlar diplom və mükafatlarla təltif olunub. Təltifetmə mərasimində birliyin sədri Nərminə Qəribova uşaqlara ətraf mühitə qarşı məsuliyyətli davranış və mərhəmətin vacibliyi haqqında ətraflı məlumat verib.
Çəkilmiş şəkillərin mənaları qarşılıqlı müzakirə edilib. Tədbirin sonunda layihəyə heyvan yeməkləri ilə dəstək verən "Eco monitorinq" MMC- nin əməkdaşları və uşaqlarla birgə küçə heyvanlarına yemək paylanıb. Beləki əl çatan 100 nöqtəyə xüsusi qablarda heyvan qidaları qoyuldu. Sonda "Dünyanı sevmək gözəldir, lakin xidmətsiz sevgi yarımçıq qalır. Gəlin, ətraf mühitə qarşı məsuliyyətli olaq!" sözləri ilə uşaqlar evlərinə yola salınıb. Müsabiqəyə qatılmış bütün balaca rəssamlar diplom və mükafatlarla təltif olunub.
Təltifetmə mərasimində birliyin sədri Nərminə Qəribova uşaqlara ətraf mühitə qarşı məsuliyyətli davranış və mərhəmətin vacibliyi haqqında ətraflı məlumat verib. Çəkilmiş şəkillərin mənaları qarşılıqlı müzakirə edilib. Tədbirin sonunda layihəyə heyvan yeməkləri ilə dəstək verən Eko monitorinq MMC-nin əməkdaşları və uşaqlarla birgə küçə heyvanlarına yemək paylanıb. Beləki əl çatan 100 nöqtəyə xüsusi qablarda heyvan qidaları qoyuldu. Sonda "Dünyanı sevmək gözəldir, lakin xidmətsiz sevgi yarımçıq qalır. Gəlin, ətraf mühitə qarşı məsuliyyətli olaq!" sözləri ilə uşaqlar evlərinə yola salınıb.












