Özəl sektorda əlilliyi olan şəxslərin işə cəlb edilməsi - ŞƏRH
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a verdiyi açıqlamada “DOST” xidmətləri nəzdində fəaliyyət göstərən Dayanıqlı İnkişaf Mərkəzlərinin əlilliyi olan şəxslərə peşə və sənət bacarıqları öyrətdiyini bildirib:
"Bu mərkəzləri bitirən şəxslər sonradan usta kimi fəaliyyət göstərə, istehsalat sahələrində işləyə bilərlər ki, bu da dövlətin sosial yükünü azaldır. Digər tərəfdən, özəl sektorda əlilliyi olan şəxslərin işə cəlb olunması üçün kvotaların tətbiqi və onların müxtəlif sahələrdə əlavə dəyər yaratması da mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, yeni əlillərlə bağlı proqramların daha səmərəli təşkili, onların cəmiyyətdən tədricən təcrid olunması deyil, əksinə, cəmiyyətə inteqrasiyasını təmin edəcək yolların tapılması vacibdir. Bu yanaşma həm dövlət xərclərinin yükə çevrilməsinin qarşısını alır, həm də həmin şəxslərin sosial və iqtisadi faydalılığını artırır".
Pərvanə Fərhadqızı