Media müsabiqəsinin qaliblərinin adları açıqlandı - FOTO

Jurnalistlər üçün məqalə müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
 

QHT.az xəbər verir ki,  “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi “Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları” mövzusunda jurnalistlər arasında keçirilmiş məqalə müsabiqəsinin nəticələrini açıqlayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzində 24 mayda keçirilən müsabiqə qaliblərinin mükafatlandırılması təqdimatında çıxış edən Birliyin sədri Ruhəngiz Hüseynova bildirib ki, 15 aprel-15 may aralığında davam edən müsabiqəyə ümumilikdə 11 məqalə təqdim edilib. Məqalələrin qiymətləndirilməsi üçün yazıçı publisist Zümrüd Yağmur, “Demokratiyanı Öyrənmə” İB sədri Mirəli Hüseynov və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli olmaqla 3 nəfərdən ibarət Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya məqalələri öncədən bəyan edilən 6 meyar üzrə qiymətləndirib. Qiymətləndirmənin nəticəsi olaraq “Zorakılığın xronikləşməsi bizi hara aparır?” məqaləsi ilə I yerin qalibi Azər Əli, “Məişət zorakılığı ailədaxili məsələ deyil, gender problemidir” məqaləsi ilə II yerin qalibi Könül Alı və “Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?” məqaləsi ilə III yerin qalibi Elnarə Kərimova olub. I yerin qalibi 1000 manat, II yerin qalibi 800 manat, III yerin qalibi isə 700 manat pul məbləği ilə mükafatlandırılıblar. 
 

Müsabiqə Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində reallaşdırılıb.

Qalib məqalələr:

Zorakılığın xronikləşməsi bizi hara aparır?

Məişət zorakılığı ailədaxili məsələ deyil, gender problemidir: Araşdırma

Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?

 

Müsabiqəyə təqdim edilmiş digər məqalələr:

Media zorakılığı təbliğ edir, yoxsa onunla mübarizə aparır?

“Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları"
MƏİŞƏT ZORAKILIĞI HALLARI İLƏ MÜBARİZƏ MEDİA KONTEKSTİNDƏ

Məişət zorakılığı: bəşəriyyət üzərində böyüyən kabus

Məişət zorakılığı: adi məişət hadisəsi, yoxsa insanlığın bəlası?

"Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları"

Cəmiyyətin birgə fəaliyyəti zəruri edən PROBLEM

"Biz səsimizin önəmini susdurulduğumuz zaman anladıq...”