Azərbaycan dövlət olaraq, zəngin tarixi, əsrlər boyu güclü dövlətləri, ən-ənyə sadiq olan Cənubi Qafqazın ən zəngin xalqlarından biri kimi öz mədəniyyəti ilə böyük bir səlnamə yazıb. Bu səlnamənin bir parçasını isə, Azərbaycan mədəöniyyətidir.
Zəngin mədəniyyətimizin bir hissəsini də Azərbaycan mətbəxi, Azərbaycan təamları tutur. Çünki bu mətbəx yalnız ləziz yeməkləri ilə deyil, həm də bir xalqın keçmişini, adət-ənənələrini və həyat tərzini yaşatması ilə seçilir. Zəngin mətbəxi olan Azərbaycanın hər bir bölgəsinin özünəməxsus yemək mədəniyyəti, təamları, dadları var. Xüsusilə qeyd edilməlidir ki, yerləşdiyi bölgəyənin digər xalqları ilə yanaşı Azərbaycan mətbəxi öz zənginliyi və dadı ilə həmişə seçilərək süfrələri bəzəyib. Süfrəmizdə olan nemətlərin bolluğu və müxtəlifliyi həmişə xarici qonaqları heyrətə gətirib. Azərbaycana gələn hər bir turist mətbəximizin ləziz təamlarından dadandan sonra ona vurğunluğunu etiraf edir. Ölkəmizin hər regionunun özünəməxsus xörəkləri, şirniyyatları mövcuddur. İstər Gəncə mətbəxi, istər, Cənub bölgəsinin təamları, istərsə Quba, Şamaxı, Qarabağ, Naxçıvan və Bakı mətbəxi özünə məxsus yeməkləri və şirniyyatları ilə Azərbaycan mədəniyyəti tarixinə həkk olunub.
Bu cərgəyə yeməkləri ilə məşhur olan bölgələrimizdən birini də mütləq əlavə etməliyik. İndiki Ermənistan adlanan ərazidə illər boyu yayayıb yaratmış, Qərbi Azərbaycan adı altında möhtəşəm, zəngin mədəniyyət formalaşdırmış həmvətənlərimizin ənənələrini bu gündə xalqımız sevə-sevə yaşadır. Bu mətbəx İrəvan xanlığının paytaxtından tutmuş Göyçə, Zəngəzur, digər ərazilərə qədər yayılıb. Qərbi Azərbaycan mətbəxi təbii ki, Azərbaycan mətbəxinin bir parçasıdır. Qərbi Azərbaycan irsi, o cümlədən mətbəxi tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisində xalqımızın min illər boyu yaşadığını, burada əcdadımızın zəngin mədəni irs yaratdığını təsdiqləyir. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya mədəni irsinin tərkib hissəsi kimi qəbul olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi Qərbi Azərbaycan mətbəxi də öz bğlgələrinə görə bir neçə hissəyə ayrılır ki, bunun da əsasını İrəvan kulinariyası, İrəvan mətbəxi adı ilə tanınan saray mətbəxi formalaşdırır. Belə ki, İrəvan xanlığı Azərbaycan ərazisində mövcud olmuş xanlıqlardan öz qüdrətinə görə seçilib. Təbii ki, onun sarayına məxsus olan mətbəxi də özünün özəlliyinə, təamlarına, bölgəyə uyğunluğuna görə fərqlənib. Elə Qərbi Azərbaycan mətbəxinin əsasını da bu xanlığa məxsus saray mətbəxi formalaşdırıb. Bu, bütövlükdə Qərbi Azərbaycan mətbəxinin yaranmasına, onun zəngin mədəniyyət tarixinin formalaşmasına təsir göstərib. Qərbi Azərbaycan mətbəxi dedikdə ilk öncə zəngin saray mətbəxi, onun tarixi, süfrə mədəniyyəti, etikası göz önündə canlanır. Xüsusilə bu mətbəxin özülünü təşkil edən əsas amillərdən biri olan ocaqda, təndirdə yemək bişirmək mədəniyyətidir ki, bu gün Azərbaycan ərazisində mövcud olan Azərbaycan türkləri bu adət-ənənəni günümüzə kimi gətirib çatdırıblar. Bu gündə Azərbaycan mətbəxində təndirdə. sacda hazırlanan bır sıra yeməklər istər yerli əhali-istərsədə qonaqlar tərəfindən ləzzətlə yeyilir.
Məhz bölgənin ləzzətli təamlarının mövcudluğunun nəticəsi olaraq, Azərbaycan ərazisində yaşayan bir sıra xalqlar bu bölgənin yeməklərini mənimsəməkdən belə çəkinməyiblər. Xüsusilə, bu gün qədimi Azərbaycan torpaqlarında məskunkaşmış ermənilər Qərbi Azərbaycan mətbəxini mənimsəməklə özlərinin bu yerlərin qədim xalqı olduqlarını təsdiqləmək üçün olduqca aktiv fəaliyyətdədirlər. Erməni mətbəxinin qədimliyinə dair bununla bağlı olaraq Ermənistan SSR Nazirlər Kabineti, Ermənistan SSR Elmlər Akademiyası məqsədyönlü və geniş iş apararaq, erməni kulinariyasının qədimliyini təsdiq etmək və dünyaya yaymaq üçün Emıənistanın şəhər və kəndlərinə aid kulinariyanm tarixini öyrənərək, bir çox xörəkləri və onların adlarım ermənicə bərpa ediblər. Bu işlərin nəticələri kimi 1959-cu ildə erməni xörək adlarının siyahısı Ermənistan SSR Nazirlər Sovetinin Terminologiya şöbəsi tərəfındən təsdiq edilib.
Çünki əraziyə məxsusluğun, beynəlxalq səviyyədə tanınmağın bir yoluda mədəni irsə sahib çıxılmasıdır ki, erməni qonşularımız bu yola uzun illər öncə çıxıblar. Məhz bu səbəbdəndir ki, zaman- zaman Qərbi Azərbaycan mətbəxinə məxsus lülə kabab, dolma, plov, lavaş və s kimi yeməklərin, şirniyyatların mütəmadi olaraq ermənilər tərəfindən erməni mətbəxi adı altında təqdimatı ilə sosial şəbəkələrdə, qastronomik sərgilərdə və s tez-tez rastlaşırıq. Məhz bu səbəbdən bizə aid olan maddi və qeyri maddi irsə məxsus mədəniyyətimizə iad olan mədəniyyət nümunələrimizə sahib çıxamğı bacarmaliyıq. Bu istiqamətdə fəaliyyətimizi mütmadi olaraq davam etdirməliyik.
Bu yazı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Beynəlxalq hüquqlarının müdafiəsi və təbliği” layihəsi çərçivəsində hazırlanıb.






