Vüqar Bayramov: "QHT.az Azərbaycanda oxunan və sevilən informasiya platformasıdır”
Milli Məclisin deputatı Vüqar Bayramov QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə sayt kollektivini təbrik edərək, platformanın ölkədə obyektiv və peşəkar informasiya mənbəyi kimi xüsusi rolunu vurğulayıb:
"QHT.az saytı daim izlədiyim saytlardan biridir. Qeyd etmək lazımdır ki, bu sayt peşəkarlığı ilə seçilir və qərəzsiz, obyektiv məlumatların təqdim olunmasını və ictimaiyyətlə bölüşdürülməsini kifayət qədər peşəkarcasına həyata keçirir. Xüsusilə nəzərə alsaq ki, QHT.az saytında yalnız qeyri-hökumət təşkilatları ilə bağlı deyil, bütövlükdə ölkəmizi maraqlandıran, ölkəmiz üçün aktual olan, bir sıra hallarda isə hətta region və qlobal miqyasda vacib olan məsələlərə toxunulur, kifayət qədər ciddi şərhlər verilir. Bu kontekstdə, təbii ki, QHT.az öz auditoriyası olan saytlardandır. Həm də nəzərə alsaq ki, bu saytın digər missiyası maarifləndirmə və məlumatlandırmadır və bu missiyanı çox uğurla həyata keçirir. Bu baxımdan QHT.az kollektivini təbrik edir, orada çalışan bütün dostlarımıza uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də QHT.az saytı Azərbaycanda oxunan və sevilən saytlardan biri olaraq qalacaq."