Qədim bakteriyalar yerin mənşəyini açar və iqlim dəyişikliyi ilə mübarizəyə yardımçı olur
Monash Universiteti, Melburn Universiteti və London Universitet Kollecinin alimləri, mikrobialitlərin həyatın mənşəyinin açarını tutduğunu və iqlim dəyişikliyi ilə mübarizəyə necə kömək etdiyini araşdırıblar.
QHT.az xəbər verir ki, araşdırmalarına görə, mikrobialitlər - qədim mikroorqanizmlərin yaratdığı qayalıq strukturlar - "təkamül laboratoriyaları" ola bilər. Bu mikroblar, karbon dioksidi təkrar emal edərək, iqlim böhranına qarşı mübarizənin bir hissəsi ola bilər. Mikrobiolitlər 3,5-3,8 milyard il əvvəl meydana gəlmiş və erkən həyatın izlərini daşıyan fosilləşmiş strukturlardır. Alimlər əvvəllər mikrobialitlərin fotosintezdən asılı olduğunu düşünürdülər, amma yeni araşdırmalar göstərir ki, bu mikroblar işıq olmadan da enerji yarada bilirlər.
Bu mikroorqanizmlər müxtəlif kimyəvi reaksiyalarla bir araya gəlir və karbon dioksidi üzvi birləşmələrə çevirirlər. Tədqiqatçı Dr. Francesco Ricci bildirir: “Bu mikroblar, fotosintez olmadan da karbon dioksidi aktiv şəkildə emal edirlər.”
Alimlər mikrobialitlərin həyatın təkamülündə mühüm rol oynadığına inanırlar. Həmçinin, mikroblar, atmosferin kimyəvi tərkibini dəyişərək, Yer üzündə oksigenin artmasına kömək etmiş ola bilərlər. Bu tədqiqatın praktiki əhəmiyyəti də var. Mikrobialitlərdəki mikroblar karbon dioksidi tutaraq onu təhlükəsiz birləşmələrə çevirə bilər və bu, sənaye emissiyalarını azaltmaq üçün biotexnologiyalarda istifadə edilə bilər. Alimlər bu tədqiqatı genişləndirmək və mikrobialitlərin oxşar izlərini Marsda araşdırmaq niyyətindədirlər. Bu addımlar, həm həyatın mənşəyini daha yaxşı başa düşməyə, həm də ətraf mühiti qorumağa kömək edəcək.
R.İmanov