“Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlara start verilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlara start verilib.

QHT.az xəbər verir ki, proqram çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev tərəfindən ilk təqdimat keçirilib. Təqdimatda Müraciətlərlə iş şöbəsinin iş prinsipi, aidiyyəti qurumlarla dialoq və əməkdaşlıq şəraitində icra edilən vətəndaş müraciətləri və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən ictimai nəzarət tədbirləri barədə məlumat verilib.

Layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə – idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətlərinə töhfə verməkdir. Təcrübə proqramı zamanı seçilmiş könüllülər RİİB-in müxtəlif şöbələrində fəaliyyət göstərəcək, peşəkar heyətlə işləmək imkanı əldə edəcəklər.