UDİD və Minor proqramlarına qeydiyyat davam edir

UNEC-in təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu başlayıb. Sənəd qəbulu avqustun 15-dək davam edəcək.

QHT.az xəbər verir ki, UNEC-də tətbiq olunan Universitet Daxili İki Diplom (UDİD) proqramı tələbələrə:

– qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu əldə etmək, 

– rəqabətədavamlı mütəxəssis kimi yetişmək, 

– əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.

UDİD proqramına qoşulmaq üçün müraciət şərtləri:

  • I kurs tələbəsi olmalı;
  • ÜOMG 71-100 bal arasında olması.

UDİD proqramı üzrə ixtisaslar: Maliyyə, Mühasibat, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, İqtisadiyyat, Statistika.