Qlobal istiləşmə ilə əlaqədar vulkanlar "yüksələcək" - XƏBƏRDARLIQ

Məlum olub ki, buzlaqlar vulkan püskürmələrinin fəaliyyətini cilovlamağa kömək edib.

QHT.az xəbər verir ki, buzlaqların əriməsi vulkan püskürmələrini sürətləndirə bilər. Alimlər buzlaqların əriməsinin yalnız çayları qurutmaqla qalmayıb, həm də vulkanik fəallığı artıra biləcəyini müəyyən ediblər. Buz kütləsinin azalması maqma rezervuarlarına təzyiqi azaldır və bu da püskürmə riskini artırır.

Viskonsin-Madison Universitetinin tədqiqat qrupu And dağlarındakı Moço-Toşuenko vulkanını araşdıraraq, 13.000 il əvvəl buzların əriməsi nəticəsində təzyiqin düşməsinin partlayıcı püskürmələrə səbəb olduğunu sübut edib. Xüsusilə Qərbi Antarktida, Şimali Amerika, Yeni Zelandiya və Rusiyada da bu proseslərin müşahidə edilə biləcəyi vurğulanır. Uzunmüddətli püskürmələr CO₂ və metan buraxaraq qlobal istiləşməni daha da gücləndirə bilər və beləliklə, təhlükəli dövr yarada bilər.

 

Pərvanə Fərhadqızı