Dost TV-də Milli Observatoriyanın fəaliyyət sahələri müzakirə edildi - VİDEO
Bu gün Dost TV-də yayımlanan "Ekspert Rəyi" verilişinin aparıcısı Şahin Əliyev, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Tədqiqat Departamentinin müdir müavini Əli Tağızadə ilə əmək bazarının vəziyyəti və Milli Observatoriyanın fəaliyyəti barədə ətraflı müzakirələr aparıb.
QHT.az xəbər verir ki, Əli Tağızadə əmək bazarının təhlilinin və dayanıqlı məşğulluğun təmin olunmasının vacibliyini vurğulayıb. O, bildirib ki, məşğulluğun yüksək dərəcəsi yalnız vətəndaşın rifahına deyil, həm də ölkənin ümumi iqtisadi vəziyyətinə müsbət təsir göstərir. "Əmək bazarının düzgün təhlil olunması dayanıqlı məşğulluğun təmin olunmasında əsas məsələlərdən biridir," - deyə o qeyd edib.
İradə Rizazadə isə məşğulluq məsələsinin ölkə üçün ən ağrılı problem olduğunu bildirib. "Milli Observatoriya bu baxımdan çox vacib bir qurumdur," – deyən QHT sədri özünəməşğulluq proqramları ilə bağlı vətəndaşlardan gələn sualları Milli Observatoriyaya ünvanladıqlarını və bu qurumun düzgün istiqamət verərək problemlərin həllinə kömək etdiyini qeyd edib. Eyni zamanda regionlarda xüsusilə kadr çatışmazlığı və bəzi sahələrdə (məsələn, psixologiya sahəsində) çətinliklər yaşandığını əlavə edib.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı
QHT.az