Şəhidimiz Samiq Fərzalıyevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Misir oğlu Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və "leytenant" hərbi rütbəsi alaraq "N" saylı hərbi hissədə xidmətə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Samiq Fərzalıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!