“Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində təlimlər davam edir - FOTOLAR
Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində təlimlər davam edir.
QHT.az xəbər verir ki, növbəti təlimlərdə layihə iştirakçıları müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılıb. Daha sonra axtarış-xilasetmə işlərinin aparılması zamanı texniki vasitələr, alət və avadanlıqlardan istifadə qaydaları, bu prosesdə könüllülərin fəaliyyəti, yüksəklikdən zərərçəkmişlərin xilasetmə üsulları və pirotexnik vasitələrlə istehkamçı işinin aparılması mövzularında təlim iştirakçıları praktiki biliklər əldə ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqların aşılanmasıdır.