QHT sədri: Qırğızıstan Prezidentinin Moskvadan gətirdiyi təkliflər maraq doğurur

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Qırğızıstan Prezidenti Sadır Japarovun Moskvadan gətirdiyi təkliflərin maraq doğurduğunu bildirib.

QHT sədri qeyd edib ki, Bakıya səfərdən əvvəl Prezident Putinlə görüşən Japarovun təklifləri Kremlin mövqeyini və gələcək strategiyasını anlamaq baxımından vacibdir:

"Bakıya səfərdən əvvəl prezident Putinlə görüşüb. Biz isə asta-asta da olsa Kremlə izah edirik ki, Ataturk demişəkən "Suverenlik verilmir, alınır". Biz 30 il işğaldan, soyqrımlardan, düşmənlərimizə hər cür dəsətk verilməsindən qorxmadıq, yorulmadıq, itaət etmədik. Şantaja, təzyiqə boyun əymədik. Qarabağ zəfəri ilə suverenlyimizi qan tökərək sübut etdik. İndi heç nə olmamış kimi SSRİ-ni xatırlatmaq, ən azı əbləhlikdi. Görək Kremldə rasional düşünə bilirlərmi?"

 

Pərvanə Fərhadqızı