"Konstitusiya və suverenlikdə ulu öndərin rolu" mövzusunda tədbir keçirilib
"Konstitusiya və Suverenlik ili" çərçivəsində 30 iyun 2025-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad 1 saylı Mediasiya Təşkilatı birgə təşkilatçılığı ilə "Konstitusiya və suverenlikdə ulu öndərin rolu" mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Sabirabad Rayon İcra başçısının birinci müavini Həsən Həsənov, Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov və digər idarə və müəssisə rəhbərləri iştirak edib.