"İnsan alveri hər kəsin problemi ola bilər": QHT sədri ÇAĞIRIŞ EDİB

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni bir layihəyə başlayıb.

Layihənin adı “İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması” və məqsədi, sosial şəbəkələr vasitəsilə insan alveri mövzusunda məlumatlılığı artırmaqdır. İctimai Birliyin sədri Gülayə Səfərova bildirib ki, bu layihə cəmiyyətin rəqəmsal mühitdən daha effektiv istifadə etməyi və insan alveri ilə mübarizədə daha çox məlumat yaymaq məqsədini güdür:

"Oxuculardan xahişimiz budur ki, təşkilatımızın insan alveri problemi ilə bağlı paylaşacağı maarifləndirici məlumatlara münasibət bildirsinlər və insanların daha çox maariflənməsi üçün öz səhifələrində də paylaşsınlar. Çünki, insan alveri elə bir problemdir ki, ondan heç kim sığortalanmayıb. Gəlin, məlumatlı olaq və yaxınlarımızı da məlumatlandıraq ki, insan alveri qurbanına çevrilməyək! "

 

Pərvanə Fərhadqızı