QHT sədri Polis Günü münasibətilə təbrik etdi

"Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova 2 iyul – Polis Gününü münasibətilə təbrikləərini çatdırıb.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri ilk olaraq, Vətəni uğrunda canından keçən və cinayətkarlığa qarşı mübarizədə həyatını itirən polis əməkdaşlarına Allahdan rəhmət diləyib, onların ailələrinə başsağlığı verib. O, təqaüddə olsalar da, hələ də cinayətkarlığa qarşı mübarizəni davam etdirən veteran polislərə təşəkkür edib və onların sabitlik üçün verdiyi töhfələri yüksək qiymətləndirib: 

"Azərbaycan polisi hər zaman intizamlı, ədalətli və mərhəmətli olub və bu ənənə bu gün də davam etməkdədir. İnkişaf etmiş ölkələrdə cinayətkarlığa qarşı mübarizənin mənzərəsi fərqli olmaqla hər kəs cinayətkarlığa qarşı mübarizədə polisə dəstək verir, törədilən və ya hazırlanan cinayətlər haqqında polisə dərhal məlumat verirlər. Əslində cinayətkarlığa qarşı mübarizə ictimai dəstək olmadan effektli ola bilməz. Azərbaycanda da DİN ilə QHT lər arasındakı sıx  əməkdaşlıq təqdirə layiqdir. Hər bir polis əməkdaşının səbirsizliklə gözlədiyi peşə bayramları münasibəti ilə cənab Nazirı və xidməti fəaliyyətlərini şərəflə icra edən bütün polis əməkdaşlarını, DİN-da çalışan hər kəsi  ürəkdən təbrik edir və ölkəmizdə olan sabitlik, əmin amanlıq üçün təşəkkürümü bildirirəm."

 

Pərvanə Fərhadqızı