"Milli rəqsin mesajları" layihəsinin ilk məşqləri başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  kiçik qrant müsabiqəsi çərçivəsində "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB-nin həyata keçirdiyi "Milli rəqsin mesajları" layihsənin ilk məşləri başlayıb.

QHT.az xəbər verir ki, məşq zamanı  "Mirzeyi", "Sarı gəlin" və "Uzundərə" rəqsləri nəzərdən keçirilib.

Məşqlərə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xoreoqraf - baletmeysteri Ceyhun Qubadov rəhbərlik edir.