“Məktəblərdə “Yaşıl Könüllülük” Proqramının İcrası” layihəsi çərçivəsində növbəti sərgi keçirilib - FOTOLAR

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllülük” Proqramının İcrası” layihəsi çərçivəsində növbəti sərgi Lənkəran şəhərində keçirilib.

QHT.az xəbər verir ki, Lənkəran şəhəri 1 nömrəli, 7 nömrəli və Şiləvar tam orta məktəblərdə təşkil edilən sərgilərdə sərgi iştirakçıları burada nümayiş olunan 100-dən artıq əl işi ilə tanış olub, müxtəlif təkrar emal materiallarından hazırlanmış əl işləri ilə ətraf mühitə dair fərqli baxış bucaqlarını əks etdirən nümunələri görmək imkanı əldə ediblər.

Hər sərginin sonunda interaktiv səsvermə təşkil olunaraq, şagirdlər özləri tərəfindən seçilən 1 əsas qalib və 15 ən yaxşı əl işi müəllifini müəyyən ediblər. Sonda 1 nəfər qalib mükafatla və ən yaxşı əl işi müəllifləri sertifikatla təltif olunub.

Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, məsuliyyət hissinin inkişaf etdirilməsi ekoloji məsələlərə həssas yanaşmanın təşviq edilməsi və şəxsi inkişaf bacarıqlarının artırılmasına dəstək verilməsidir.