Şəhidimiz Fuad Əlizadənin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fuad Əlizadə 1994-cü il iyunun 25-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2011-2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Fuad Əlizadə 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Fuad Əlizadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!