"Dövlət bu şəxslərin 59 yaşından pensiyasını ödəyəcək"  - DEPUTAT

Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Çox uşaqlı ailələrdə güzəştli şərtlər ilə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar. Bu hallardanalar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlər ilə pensiya aldıqları müddətdə ödənişləri artıq dövlət büdcəsindən ödəniləcək.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər, erkən pensiya alanların 5 il ərzində ödənişlərinin dövlət büdcəsindən qarşılanmasını nəzərdə tutur:

"Həmçinin, liliputlar və əlilliyi olan şəxslərin pensiya ödənişləri də dövlət büdcəsindən ödəniləcək. Dəyişikliklər 2025-ci ilin yanvarından qüvvəyə minəcək. Bundan başqa, mülki aviasiya sahəsində çalışanların pensiya hüquqları da tənzimlənmişdir. Bu dəyişikliklər pensiya təminatı sisteminin gücləndirilməsinə və dövlətin sosial öhdəliklərinin təkmilləşdirilməsinə xidmət edəcək".

 

Pərvanə Fərhadqızı