“Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” kitabının yazılışı yekunlaşıb

II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu.

QHT.az xəbər verir ki, qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. QHT-media təmsilçisi olaraq, 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı, yeni kitabı yazıb ərsəyə gətirmək qürurvericidir. Missiyamız qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır. Bu fikirləri tədqiqatçı jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri Əkrəm Bəydəmirli bildirib. QHT sədrinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” layihəsini həyata keçirir. Layihə çərçivəsində “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı yeni kitab nəşr olunacaq. Yazılış prosesi başa çatıb. Hazırda redaktə işlərini davam etdiririk.